Jestin təsviri:
Sağ əlin üstü önə doğru, barmaqları aralı, yuxarı olmaqla çeçələ, adsız, orta, şəhadət ardıcıl olaraq dodaqların qarşısından aşağı aparılır. Sol əlin içi sağa doğru, barmaqları bitişik, yuxarı olmaqla sol tərəfdə tutulur. Sağ əlin baş barmağı bağlı, şəhadət, orta, adsız, çeçələ bitişik olmaqla iki dəfə sol əlin qarşısından çevrilərək aşağı-yuxarı aparılır.