Jestin təsviri:
Sol əlin üstü önə doğru, barmaqları yuxarı, açıq və aralı şəkildə sol tərəfdə tutulur. Sağ əlin baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət, orta açıq və aralı tutularaq üstü çarpaz şəkildə iki dəfə sol əlin içinə vurulur. Barmaqlar açılaraq irəliyə doğru bir-birindən aralanır.