Jestin təsviri:
Hər iki əlin baş və adsız barmaqları çevrə şəklində bağlı, digərləri düz, aralı və yuxarı olmaqla sağ və sol çiyinlərin önündə üz-üzə tutulur. Barmaqlar irəli olmaqla qarının önünə endirilir. Hər iki əlin üstü önə doğru, baş barmaqları yuxarı, digərləri yarıaçıq və aralı olmaqla yan-yana sinənin önündə tutulur və biləklər bir-birinə tərəf aparılır.