Jestin təsviri:
Hər iki əlin baş və şəhadət barmaqları açıq və yarıbükülü, digər barmaqlar ovuca bükülü vəziyyətdə sinə səviyyəsində bir-birinə toxunub yanlara doğru hərəkət edir. Sonra sol qol dirsəkdən bükülüb sinənin qarşısında düz durur və sağ əl açıq, düz, bitişik və aşağı vəziyyətdə soldan sağa, dirsəkdən barmaqlara doğru hərəkət edir.