Jestin təsviri:
Sağ əl düz, açıq və barmaqlar bir-birinə bitişik, ovuc yuxarı vəziyyətdə çiyinə doğru qalxır və əks istiqamətdə ovucu çölə doğru fırlanır. Sonra sol qol dirsəkdən bükülüb, baş barmaq düz, irəli açıq və qalan barmaqlar bükülü vəziyyətdə sinənin qarşısında düz durur. Sağ əl isə baş, orta və adsız barmaqlar bitişik, digər barmaqlar açıq, ovucu çölə doğru çevrilmiş vəziyyətdə çiyin səviyyəsinə qalxır və qolun dirsəyi sol barmağa toxunur və qol irəli hərəkət edir.