Jestin təsviri:
Sağ əlin baş və çeçələ barmaqları yarıbükülü, digər barmaqlar bükülü vəziyyətdə, ovuc içəriyə doğru boğaz səviyyəsindən aşağıya hərəkət edir. Sonra hər iki əl yanlarda açıq və barmaqlar aralı vəziyyətdə ovuclar çölə olmaqla tam açılıb, sinəyə doğru qalxaraq yumruq bükülür.