Jestin təsviri:
Hər iki əlin baş və çeçələ barmaqları açıq, digər barmaqları bükülü, ovuc içəriyə doğru vəziyyətdə sinə səviyyəsinə qalxır. Çeçələ barmaqları bir-birinə çarpaz vəziyyətdə 2-3 dəfə irəli-geri hərəkət edir. Sonra əllər açılır, iç tərəfləri ilə birləşir (əl çalmaq kimi) və irəli əyilərək 2-3 dəfə bir-birinə sürtülür.