Jestin təsviri:
Hər iki əlin baş barmaqları şəhadətin orta hissəsində olmaqla əllər bükülür, sinənin önündə üz-üzə, aralı tutularaq növbəli şəkildə irəli və geri aparılır. Sol əlin baş barmağı yuxarı, digərləri aralı və irəli olmaqla sol tərəfdə tutulur. Sağ əlin orta adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində tutularaq sol əlin içinə vurulur. Sol əl yuxarı, sağ irəli çevrilərək jest təkrarlanır.