Jestin təsviri:
Sağ əlin şəhadət, orta, adsız, çeçələ barmaqları düz, bitişik və önə doğru, baş barmaq şəhadət və ortanın altında azca aralı olmaqla dodaqların önündə tutulur və əsdirilərək açılıb-bağlanılır. Sol əlin içi yuxarı, baş barmağı aralı, digərləri önə doğru olmaqla sinənin sol tərəfində tutulur. Sağ əlin baş barmağı şəhadət və ortanın altında olmaqla barmaqlar düz və bitişik tutulur və iki dəfə önə doğru sol əlin barmaqlarına sürtülür.