Jestin təsviri:
Sağ əlin barmaqları açıq halda üzə doğru qalxır, baş barmaq buruna yapışır, digər barmaqlar 1-2 saniyə dalğalı hərəkət edir. Sonra hər iki əlin baş, şəhadət və orta barmaqları birləşir, ovuclar yuxarı çevrilir və qollar dirsəkdən bükülü vəziyyətdə növbələşərək yuxarı-aşağı oynadılır.