Jestin təsviri:
Sağ əlin içi sola doğru, şəhadət barmağı düz, orta şəhadətə birləşik və yarıaçıq, baş və adsız çevrə şəklində bağlı, çeçələ bağlı olmaqla alının orta hissəsinə sürtülərək yuxarı vurulur və irəli aparılır. Hər iki əlin barmaqları açıq, aralı, irəli, bir-birinin üstündə olmaqla sinənin önündə tutulur. Bir-birindən aralanaraq barmaqlar bağlanılır və aşağı vurulur.