Jestin təsviri:
Hər iki əl azca qatlanaraq baş barmaqları aralı, digərləri bitişik, uc-uca olmaqla bir-birinə vurulur. Sağ əlin barmaqları yuxarı olmaqla baş barmaq şəhadət və ortaya sürtülür. Sol əlin içi sağa, baş barmağı aralı, digərləri önə doğru olmaqla sol tərəfdə tutulur. Sağ əlin üstü önə doğru, baş barmağı yuxarı, digərləri düz və bitişik olmaqla iki dəfə sol əlin barmaqlarına vurularaq irəli sürtülür.