Jestin təsviri:
Sol əlin içi yuxarı, baş barmağı aralı, şəhadət, orta, adsız, çeçələ barmaqları bitişik, irəli olmaqla sağ tərəfdə tutulur. Sağ əlin içi sağa doğru, şəhadət, orta, adsız, çeçələ barmaqları bağlı, baş barmaq açıq olmaqla dörd dəfə sol əlin içinə vurulur.