Jestin təsviri:
Hər iki əlin içi üz-üzə, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət, orta yarıaçıq, bitişik olmaqla sinənin qarşısında növbəli şəkildə aşağı-yuxarı aparılır. Sol əlin içi aşağı, barmaqları bağlı, irəli olmaqla qarının qarşısında tutulur. Sağ əlin içi sola doğru, baş barmağı aralı, aşağıda, şəhadət, orta, adsız, çeçələ bitişik, yarıaçıq, yuxarıda olmaqla barmaqlar yarımçevrə şəklində tutulur, biləyi iki dəfə sola tərəf sol əlin üstünə sürtülür.