Jestin təsviri:
Sağ əlin içi aşağı, adsız və çeçələ barmaqları bağlı, baş barmaq şəhadət və ortanın altında düz tutularaq aşağıya doğru iki dəfə sinənin sol tərəfinə sürtülür. Hər iki əlin içi üz-üzə, adsız, çeçələ barmaqları bağlı, baş, şəhadət, orta çevrə şəklində bağlı olmaqla sağ və sol tərəfdə – kənarda tutulur. Sağ və sol əlin şəhadət və orta barmaqlarının üstü önə doğru, bitişik olmaqla qarının qarşısında bir-birinə tərəf vurulur.