Jestin təsviri:
Sağ əlin içi önə doğru, orta, adsız, çeçələ barmaqları yuxarı olmaqla bağlı, baş və şəhadət yarımçevrə şəklində sağ tərəfdə tutulur və cəld sola vurulur. Sol əlin içi yuxarı, baş barmağı önə doğru, digərləri bitişik olmaqla sağa tərəf tutulur. Sağ əlin orta, adsız, çeçələ barmaqları aralı və önə doğru, baş və şəhadətin ucları bitişik, düz olmaqla iki dəfə sol əlin ortasına vurulur, çevrilərək biləyinə tərəf sürtülür.