Jestin təsviri:
Sağ əlin içi önə doğru, baş, adsız, çeçələ barmaqları çevrə şəklində birləşik, şəhadət, orta yuxarı və aralı olmaqla sağ tərəfdə – yuxarıda tutulur və aşağı endirilir. Sağ əlin içi sola doğru, orta, adsız, çeçələ barmaqları yuxarı, sol əlin üstü önə tərəf, orta, adsız, çeçələ barmaqları sağa tutularaq hər iki əlin baş və şəhadət barmaqları halqa şəklində bir-birinə keçirilir. Əllər çevrilərək jest təkrarlanır.