Jestin təsviri:
Sağ əlin üstü önə doğru, orta, adsız, çeçələ barmaqları yarıaçıq, baş və şəhadət sinənin sağ tərəfində birləşik tutularaq azca önə doğru dartılır. Hər iki əlin baş barmaqları, şəhadətin orta hissəsində olmaqla əllər bükülür və sol tərəfdə – irəlidə şəhadət barmaqları uc-uca tutulur. Sağ əlin şəhadət barmağı sol qolun çiyin hissəsinə, sol qol kənara tam açılaraq əllər bir-birindən aralanır.