Jestin təsviri:
Sol əlin içi sağa doğru, barmaqları bitişik, yuxarı olmaqla sol çiyinin önündə tutulur. Sağ əlin içi yuxarı, barmaqları bitişik, sola doğru olmaqla iki dəfə sol qolun orta hissəsinə vurulur. Hər iki əlin içi aşağı, baş, adsız, çeçələ barmaqları çevrə şəklində bağlı, sağ əlin şəhadət və orta barmaqları çarpaz şəkildə sol əlin şəhadət və orta barmaqlarının üstünə qoyularaq sinənin önündən irəliyə doğru aparılır.