Jestin təsviri:
Sağ əlin içi sola doğru, orta, adsız, çeçələ aralı və düz, baş və şəhadət çevrə şəklində tutularaq sinənin sol tərəfinə qoyulur və sola tərəf fırladılır. Hər iki əlin içi üz-üzə, baş, orta, adsız, çeçələ barmaqları çevrə şəklində bağlı, şəhadət açıq olmaqla sinənin önündə tutulur, növbəli şəkildə irəli və geri aparılır. Sağ və sol əlin barmaqları irəlidə aralı, önə doğru olmaqla sinənin qarşısına aparılaraq üz-üzə tutulur.