Jestin təsviri:
Sağ əlin içi önə doğru, baş, orta, adsız barmaqları çevrə şəklində bağlı, şəhadət və çeçələ açıq olmaqla sağ tərəfdə – yuxarıda tutulur və iki dəfə irəli vurulur. Hər iki əlin barmaqları açıq, aralı, önə doğru olmaqla sağ əl solun üstündə tutulur. Şəhadət, orta, adsız və çeçələ barmaqlar oynadılaraq sağ və sol əl növbəli şəkildə sola doğru fırladılır.