Jestin təsviri:
Sağ əlin baş barmağı aralı, dodaqların sağ tərəfində yuxarıya doğru, şəhadət, orta, adsız, çeçələ barmaqları aralı olmaqla dodaqların sol tərəfində tutulur və iki dəfə yüngülcə vurulur. Hər iki əlin baş barmaqları düz və aşağıda, şəhadət, orta, adsız, çeçələ bitişik və yuxarıda olmaqla sol əl sağın içində önə doğru sol tərəfdə tutulur. Sol əl iki dəfə geri vurularaq baş və orta barmaqlar birləşdirilir.