Jestin təsviri:
Hər iki əlin üstü önə doğru, orta, adsız, çeçələ barmaqları bağlı, baş barmaqlar yuxarı, şəhadət üz-üzə tutularaq iki dəfə bir-birinə tərəf fırladılır. Sol əlin içi yuxarı, baş barmağı aralı, digərləri bitişik, önə doğru sol tərəfdə tutulur. Sağ əlin baş barmağı aralı, şəhadət, orta, adsız, çeçələ bitişik, düz, aşağı olmaqla sol əlin şəhadət və çeçələ barmaqları tərəfdən üstünə qoyulur, yuxarı qaldırılaraq barmaqların ucları bitişik tutulur. Hər iki əl çevrilərək sağ əlin baş barmağı sol əlin bilək hissəsinə, şəhadət, orta, adsız, çeçələ bitişik və düz şəkildə sol əlin barmaqlarının üstünə qoyulur və yuxarı qaldırılaraq barmaqlar birləşdirilir.