Jestin təsviri:
Sağ əlin yalnız şəhadət barmağı açıq olmaqla çənənin sağ tərəfində tutulur. Sol əlin içi yuxarı, baş barmağı aralı, şəhadət, orta, adsız, çeçələ sol tərəfdə önə doğru bitişik tutulur. Sağ əlin içi aşağı, yalnız baş barmağı açıq olmaqla sol əlin orta hissəsində tutulur və iki dəfə önə doğru sürtülür.