Jestin təsviri:
Sağ əlin adsız, çeçələ barmaqları bağlı, baş, şəhadət, orta yuxarıya doğru düz tutularaq bir-birinə sürtülür. Sol əlin üstü önə doğru, baş barmağı bağlı, şəhadət, orta, adsız, çeçələ bitişik şəkildə sağa tərəf tutulur. Sağ əlin üstü önə doğru, baş barmağı yuxarı olmaqla sol əlin barmaqlarının üstünə qoyulur və hər iki əl irəli çevrilir. Barmaqlar yumruq şəklində tutularaq sağ əl sinənin sağ tərəfinə vurulur.