Jestin təsviri:
Sol əlin içi yuxarı, baş barmağı önə doğru, şəhadət, orta, adsız, çeçələ bitişik, sağa tərəf olmaqla sinənin önündə tutulur. Sağ əlin şəhadət, orta, adsız, çeçələ barmaqları bitişik, önə doğru, baş barmağı aralı olmaqla sol əlin içindən dalğalı şəkildə irəliyə tərəf aparılır. Sağ əlin içi yuxarı, barmaqları açıq, aralı, önə doğru olmaqla sağ tərəfdə tutulur, yumruq şəklində bağlanılaraq sol əlin içinə vurulur və sinənin sağ tərəfinə aparılır.