Jestin təsviri:
Sağ əlin üstü önə doğru, yalnız şəhadət barmağı açıq tutularaq çənənin ucuna toxundurulur, əl yumruq şəklində iki dəfə sinənin orta hissəsinə vurulur. Əlin üstü önə doğru, baş, adsız, çeçələ barmaqları bağlı, şəhadət və orta bitişik, sola tərəf sinənin orta hissəsində tutulur və qaldırılaraq aşağı doğru vurulur. Sağ əlin üstü önə doğru, şəhadət, orta, adsız, çeçələ barmaqları bağlı, baş barmaq yuxarı olmaqla qarının sağ tərəfindən sürtülərək sinəyə qaldırılır.