Jestin təsviri:
Hər iki əlin üstü sağ və sola doğru, orta, adsız, çeçələ barmaqları bağlı, baş və şəhadət yarımçevrə şəklində çiyinlərin üstündə tutularaq üz-üzə sinənin önünə endirilir. Sağ əlin üstü önə doğru, baş barmaq şəhadət və ortanın üstündə olmaqla barmaqlar bitişik tutulur, sifətin sol tərəfindən fırladılaraq sinənin önünə aparılır. Hər iki əlin barmaqları bitişik, baş barmaqlar şəhadət və ortanın üstündə olmaqla sinənin sağ və sol tərəfində tutulur.