Jestin təsviri:
Sağ əlin üstü önə doğru, baş, orta, adsız, çeçələ barmaqları bağlı, şəhadət açıq tutularaq çənənin orta hissəsinə qoyulur və yüngülcə çevrilir. Əlin içi önə doğru çevrilərək şəhadət barmağı dodaqların sağ tərəfinə sürtülür. Hər iki əl yumruq şəklində olmaqla sağ əl solun üstündə sürtülərək fırladılır.