Jestin təsviri:
Hər iki əlin içi üz-üzə, baş barmaqları aralı və düz, şəhadət, orta, adsız, çeçələ bitişik tutularaq sağ və sol tərəfdə – budların üstündən aşağıya doğru aparılır. Sağ və sol əlin içi yuxarı, baş barmaqları aralı və düz, şəhadət, orta, adsız, çeçələ bitişik olmaqla üz-üzə tutulur və qarına tərəf çevrilərək cəld kənarlara doğru vurulur.