Jestin təsviri:
Sağ əlin içi sola doğru, baş barmağı aşağıda, şəhadət, orta, adsız, çeçələ bitişik, yarıaçıq, yuxarıda olmaqla barmaqlar yarımçevrə şəklində sağ tərəfdə – baş səviyyəsində tutulur və sola tərəf fırladılır. Sol əlin içi aşağı, barmaqları bağlı olmaqla sağ tərəfdə tutulur. Sağ əlin içi sola doğru, adsız, çeçələ barmaqları bağlı, baş barmaq yuxarı, şəhadət, orta aralı, irəli olmaqla biləyi sol əlin biləyinə qoyulur, sağa və sola tərəf əsdirilir.