Jestin təsviri:
Əllər göz səviyyəsində. Baş və şəhadət barmaqları oval kimi bir-birinə bitişib, qalan barmaqlar bükülü vəziyyətdə gözlərin qarşısında açılıb yana hərəkət edir. Sonra sol əl ovuc yuxarı olmaqla qarın səviyyəsinə enir. Sağ əlin isə şəhadət və orta barmaqları düz açılır, digər barmaqlar bükülü olmaqla aşağı enib, sol ovucun içinə toxunur.